Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:01

Bakıda gözü çıxarılmış iti belə qurtardılar...


Küçədən tapılan zaman çəkilmiş foto

Küçədən tapılan zaman çəkilmiş foto

-

Fotoda gördüyünüz it bir neçə ay əvvəl paytaxt Bakının bir küçəsində tapılıb.

“BARS” adlı Sahibsiz Heyvanlara Qayğı ictimai Birliyinin üzvüləri bu iti gözü çıxarılmış, ayağı əzilmiş, dərisi xəstə halda tapmışdılar.

Gözləri çıxarılsa da, zavallı heyvanın üzündən qorxu və yalvarış oxunurdu...

Ac və taqətsiz it ölümünü gözləyərkən, birlik üzvləri onun yardımına yetişərək, onu heyvan sığınacağına aparıblar. Könüllülərin hesabına burada itin müayinə və müalicəsinə başlayıblar.

Müayinə zamanı məlum olub ki, itin gözünə kimyəvi maddə tökülübmüş.

Müalicə başlanıb. İtin ayaqları və dərisi sağaldılıb... Zavallının gözlərini bərpa etmək mümkün olmur. Çarə ona qalır ki, əməliyyatla itin gözündəki çürümənin qarşısı alınır.

Bu gün it görməsə də, rahat gəzə və hürə bilir...

Cəmiyyətimizdə canlılara əzab- əziyyət verənlərlə yanaşı, onlara sahib çıxan, qayğı göstərən insanların olması çox sevindiricidir.

Unutmayaq ki, eynən insanlar kimi, heyvanların da yaşamaq haqqı var. Onlar da, eynən insan kimi, ağrıdan qıvrılır və xoş münasibətdən xoşhallanırlar...

Bu da müalicədən sonra itin çəkilmiş fotosu:

Müalicədən sonra itin görüntüsü

Müalicədən sonra itin görüntüsü

Şərhləri göstər

XS
SM
MD
LG