Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:16

Nazirlər Kabineti 2015-ci ilin bayramları haqqında qərar qəbul edib


Nazirlər Kabineti «2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında» qərar qəbul edib.

«Qafqazinfo» AzərTAc-a istinadən xəbər verir ki, qərara əsasən, 2015-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 17, 18 iyul Ramazan bayramı, 24, 25 sentyabr Qurban bayramıdır.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

«Qafqazinfo» xəbər verir ki, Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı növbəti iş gününə keçirilir. Belə ki, Novruz bayramında ayın 21 və 22-si istirahət gününə düşdüyündən, növbəti həftədə ayın 25-i və 26-sı da bayram günü hesab olunur. İş ayın 27-də başlayır.

Ramazan bayramında isə ayın 18-i altıncı gününə düşdüyündən, həftənin birinci günü, yəni ayın 20-si də iş günü hesab olunmayacaq.

Qurban Bayramı isə həftənin dördüncü və beşinci günlərinə düşdüyündən növbəti həftə ilə əvəzləmək problemi olmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG