Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:26

Nazirlik: «Bakıda torpaq sürüşməsinə yağmurlu hava səbəb olub»


Noyabrın 23-də Binəqədi rayonunda torpaq sürüşməsi olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazidə araşdırma aparıblar. Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geologu Ələmdar Piriyev APA-ya deyib ki, hazırda vəziyyət stabildir və narahatlığa əsas yoxdur:

«Torpaq sürüşməsinin baş verdiyi ərazidə bünövrə açılıb və oradan çıxan torpaqları əraziyə töküblər. Həmin torpaqlar başqa yerə daşınmayıb, atmosfer çöküntülərinin axması ilə əlaqədar həmin sahədə sürüşmə olub. Sürüşməyə havaların yağıntılı keçməsi səbəb olub».

Torpaq sürüşməsi bir gün öncə Binəqədi rayonu Biləcəri qəsəbəsi Qabil Süleymanov küçəsi 42 ünvanında baş vermişdi. Nəticədə hər hansı dağıntı və xəsarət qeydə alınmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG