Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:00

Bakıda Türkiyə Mədəniyyəti Günləri keçirilir


Bakı. Türkiyə mədəniyyət günlərinin açılış mərasimi
Bakı. Türkiyə mədəniyyət günlərinin açılış mərasimi

-

Noyabrın 23-də Bakıda, Heydər Əliyev Mərkəzində Türkiyə Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri mərasimdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.

Açılış mərasimində hər iki ölkənin mədəniyyət və turizm nazirləri çıxış edib.

Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik vurğulayıb ki, Türkiyə Mədəniyyəti Günlərinin Bakıda keçirilməsi təkcə siyasətdə və iqtisadiyyatda deyil, mədəniyyət və incəsənətdə də Azərbaycan və Türkiyənin bir yerdə olduğunun sübutudur.

Mərasimdə Türkiyə mədəniyyətinin tanıtım videosu nümayiş etdirilib.

Daha sonra İstanbul Tarixi Türk Musiqisi Topluluğu “Mehter” kollektivinin, Əməkdar Artist Azərinin, Türkiyədən Nilgün Kızılcının, Zafer Albayrakın, Dövlət Xalq Rəqsləri Ansamblının çıxışları olub.

Mədəniyyət günləri çərçivəsində əl işləri və fotosərgilər, folklor konserti, film və teatr nümayişi nəzərdə tutulub.

24-27 noyabr tarixində Muzey Mərkəzində "Əl sənətləri" (gümüş, bakır, çinicilik, naxış, ebru, şüşə üfləmə) və "Qadın Başlığı", "Türkiyədən Rənglər" foto-sərgiləri, 25 noyabr tarixində Dövlət Mahnı Teatrında "Xalq ozanlarının deyişməsi", noyabr ayının 25-də və 26-da Nizami Kino Mərkəzində "Aşk Tesadüfleri Sever" və "Yozgat Bules" filmlərinin nümayişi, noyabr ayının 26-da və 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ankara Dövlət Teatrının "Nereye" və "Meraklısı için Öyle Bir Hikaye" tamaşalarına baxış keçiriləcəkdir.

Türkiyə Mədəniyyəti Günləri noyabrın 27-dək davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG