Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:13

-

Dövlət Gənc Tamaşaçılar Teatrı yeni tamaşanın premyerasına hazırlaşır.

V. Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında səhnələşdirilən yeni tamaşa “Ağ ölüm” adlanır.

Tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Aktyorlar: Nübar Novruzova, Vüsal Mehrəliyev

Aktyorlar: Nübar Novruzova, Vüsal Mehrəliyev

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.

Gəncləri və yeniyetmələri bu cür qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları Nübar Novruzova, Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev canlandıracaqlar.

Premyera noyabrın 28-də saat 19.00-da olacaq.

Tamaşa “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq hazırlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG