Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:06

Apellyasiya məhkəməsi Mövsüm Səmədovun şikayətini təmin etməyib


İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov

İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov

Noyabrın 24-də Bakı Apellyasiya Məhkəməsi İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun şikayətinə baxıb. Bu haqda AzadlıqRadiosuna Mövsüm Səmədovun vəkili Anar Qasımlı məlumat verib.

Məhkəmə, Mövsüm Səmədovun Qobustan həbsxanasına köçürülməsi ilə bağlı birinci instansiya qərarını qüvvədə saxlayıb.

Ötən ay saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Mövsüm Səmədoğlunun Qobustan həbsxanasına köçürülməsi ilə bağlı məhkəməyə təqdimat yazmışdı. Oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsi partiya liderinin 2 il müddətinə qapalı Qobustan həbsxanasına köçürülməsi ilə bağlı qərar çıxarmışdı. Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti vermişdi.

Mövsüm Səmədov 2011-ci ilin yanvarında həbs olunub. O, hakimiyyəti zorla ələ keçirməyə cəhddə təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG