Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:32

İnsan haqları müdafiəçisi Leyla Yunusun həbsxanada səhhəti kəskin şəkildə pisləşib. Bunu onun vəkili Elçin Qəmbərov Azadlıq Radiosuna noyabrın 24-də deyib.

Onun sözlərinə görə, həbsxanada həkim müayinəsində məlum olub ki, Leyla Yunusun yüksək olan qan təzyiqi artır və onun qanında şəkərin miqdarı yüksəlir, Leyla Yunusun qara ciyər xəstəliyi də kəskinləşir.

Vəkil deyib ki, Leyla Yunsun qan təzyiqi kəskin dəyişir və o, iyul ayından bəri 10 kq çəki itirib.

Leyla Yunusun 58 yaşı var.

O və onun həyat yoldaşı Arif Yunus vətənə xəyanət ittihamı ilə tutulublar. İnsan haqları təşkilatları bu ittihamları siyasi motivli hesab edir.

Qərb hökumətləri onların dərhal azad olunmasına çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG