Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:31

Kamal Abdulla bu dəfə «Səsimdən yapış» söylədi...


Aktyor Məmməd Səfa,Gülzar Qurbanova

Aktyor Məmməd Səfa,Gülzar Qurbanova

--

Ötən həftə sonu Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının "Səsimdən yapış" adlı yeni tamaşasının premyerası keçirilib.

​Kamal Abdullanın "Bir... iki... bizimki..." pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Ramiq Mehdidir.

Tamaşada YUĞ Dövlət Teatrının aktyorları Əməkdar artistlər Məmməd Səfa (Kişi), Gülzar Qurbanova (Qadın), İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Ceyhun Əliyev (Oğlan səsi), Solmaz Məmmədova (Qız səsi) və Şəbnəm Cəbrayılova (Qadın səsi) çıxış ediblər.

YUĞ Dövlət Teatrının binasında nümayiş olunan tamaşada pyesin müəllifi Kamal Abdulla, teatr ictimaiyyəti və media nümayəndələri iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG