Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:42

MDB liderləri ölkədən ən yaxşılarını qovurlar- Mətbuat İcmalı


Russia -- Kaha (Kakha) Bendukidze

Russia -- Kaha (Kakha) Bendukidze

-

MDB ölkələrinin liderləri ən yaxşıları ölkədən getməyə məcbur edirlər. Bundan isə hər iki tərəf uduzur.

Strelkov deyir ki, Ukraynanın şərqində müharibəni o başlayıb.

ABŞ-ın Suriyada bütün seçimləri dilemma ilə bağlıdır.

Respublikaçılar Obamanı məhkəməyə verə bilər, ancaq bu, səhv addım olcaq.

Dünya mediası bu gün nədən yazır?

ƏN YAXŞILARI QOVURLAR

Foreign Policy məcmuəsi yazır ki,keçmiş SSRi məkanı ölkələrinin liderləri öz ölkələrinin ən işıqlı və ən yaxşı adamlarını mühacirətə məcbur edir.

Bundan isə heç bir tərəf udmur.

Bu günlərdə Londonda vəfat edən gürcü oliqarxı Bendukidze ölkənin ən tərəqqipərvər islahatçılarından və korrupsiya ilə ən barışmaz mübarizə aparanlardan biri idi.

Rusiyada özəlləşmədən sonra varlanan və Saakshvilinin qızılgül inqilabından sonra Gürcüstana gəlib, nazir olan Bendukidze Saakashvili dövründə ən vacib islahatların memarı olub. O, Tbilisidə iki universitet layihəsini də təsis edib: Azad Tbilisi Universiteti və Gürcüstan Aqrar Universiteti. Bu iki universitetə labarotoriyalar alıb, tələbə yataqlaxanalarını yaxşılaşdırıb və o, universiteti bitirənlərin iş tapması məsələsini izləyirdi.

Həmin Bendukidze vəfat etməmişdən cəmi 2 ay qabaq şikayətlənirdi ki, yeni Gürcüstan hökuməti bu universitetləri onun əlindən almaq üçün qanunsuz özəlləşdirmə ittihamı ilə ona qarşı cinayət işi açıb. Yeni Gürcüstan hökuməti Bendukidzenin universitetlərinə keçmiş nazirin özəl biznesi kimi baxır və bunları hədəfə alır. İyun ayında Bendukidze polisdə 11 saat dindirilib. İndi Londonda vəfat edən 58 yaşlı oliqarx deyirdi ki,o, tamam bezib.

Saakashvilinin xanımı Sandra da, onun yaşadığı mənzil müsadirə olunandan sonra,ölkədən getməyə məcbur oldu.

Rusiya da da eyni mənzərədir.

2014-cü ilin aprelindən bəri Rusiyadan 203 min 659 adam gedib. Keçən il gedənlər 186 min 382-dir. Bu,Rosstat statistika xidmətinin məlumatıdır.

Rusiyanın tanınmış iqtisadçısı Sergei Guriev Rusiyanı keçən yazda tərk edib. 2011- və 2012-ci illərdə Putin əleyhinə nümayişlərdə iştirak edəndən sonra ona rəsmi hədələr olub və o, ölkədən getmək qərarını verib.

Parisə gedən Guriev deyir:” Parisdə həyat gözəldir. Şikayətim yoxdur. Xüsusilə bizim xalqın ev dustaqlığı ilə müqayisə edəndə”.

Foreign Policu yazır ki,Bendukidze öləndən sonra indi hamı başa düşür ki,kimi itirdilər. Vaxtilə onu incidənlərindi onunla qürur duyduqlarını deyir.

STRELKOV DEYİR Kİ, MÜHARİBƏNİ O BAŞLAYIB

Times qəzeti yazır ki,Ukraynanın şərqində rusiyapərəst separatçıların “müharibə allahı” adlandırdığı İgor Girkin və ya başqa adı ilə deyilsə, Strelkov, bildirib ki, Ukraynanın şərqində müharibəni o başlayıb. Rusiyanın “Zavtra” qəzetinə müsahibəsində Strelkov iddia edir ki,“əgər bizim birləşmə sərhəddi keçməsəydi, hər şey Xarkovda və ya Odessadakı kimi başa çatacaqdı”. “Ölənlər, yaralananlar, həbs olunanlar onlarla oldu və bununla hər şey bitdi”.

Foreign Policy xatırladır ki, Xarkovda və Odessada ölənlər 40-dan çox idi. Ancaq bu, separatçı üsyana, döyüşlərəgətirmədi. Ukraynanın şərqində isə separtçılarla Ukrayna ordusunun müharibəsində BMT-nin məlumatına görə, 4 min adam ölüb, 1 milyon adam didərgin düşüb.

Strelkov deyir ki, o, Krımda xüsusi əməliyyatlar bölməsinə başçılıq edib. Onun sözlərinə görə, bu bölmə Rusiya ordusu ilə əlaqəli işləyib. Sonra Krım lideri Aksyonov ona Ukraynanın şərqi ilə məşğul olmağı tapşırıb.Bu vaxt onun 52 könüllüsü var idi. Bunların çoxusu Krımlı idi, 20 faizi isə ruslar idi. Strelkov deyir ki, Donbasa gələndə burda heç bir yerli lider ayağa qalxmadığına görə, o,yerli 150-200 adamla müharibəyə start verdi.

ABŞ-IN SURİYADA YAXŞI SEÇİMİ YOXDUR

Washington Post qəzeti yazır ki, ABŞ-ın Suriyada yaxşı seçimi yoxdur. Hər bir seçimin öz dilemması var. İslam Dövləti yaraqlılarını bombalama Bashar Asad rejiminin müxalifəti bombalamasını intensivləşdirir.

ABŞ birbaşa Suriya rejiminə hücumdan da yayınır. Çünki İranın reaksiyasından çəkinir. ABŞ İranın reaksiyasından isə Suriyada çəkinmir, İraqda çəkinir. Bir ABŞ rəsmisi qəzetə deyib ki, əgər ABŞ Bashar Assad rejiminə hücum etsə, onda İran İraqdakı şiələri ABŞ –ın üzərinə qaldıracaq.

OBAMANI İMPİÇMENT?

New York Times qəzeti yazır ki, Obamanın 5 milyon qeyri-leqal immiqrantın leqallaşmasına aparan addımından narazı qalan respublikaçılar onu məhkəməyə verə bilərlər, ancaq bu impiçment səhv olacaq.

Qəzet yazır ki, Obamanın impiçmentinə çağıran respublikaçılar azdır, ancaq respublikaçıların prezidentə yaxşı cavabının tapılmamasından məyus olanlar sonda impiçment təklifinə qoşula bilərlər.

Qəzet yazır ki, konstitusiyaya görə, prezidenti “vətənə xəyanətə, rüşvətə və başqa ağır cinayətlərə və hərəkətlərə görə” məhkəməyə vermək olar. Qəzet hesab edir ki, “başqa hərəkətlər” adı altında doğrudan da Obamanı impiçment etmək olar.

Qəzet xatırladır ki, Respublikaçılar Obamanı icra hakimiyyəti səlahiyyətlərini aşmaqda və qanunvericilik səlahiyyətlərini mənimsəməkdə ittiham edirlər. Onların fikrincə, prezidentin immiqrasiya təşəbbüsü kimi addımlar konqresin səlahiyyətindədir. Ancaq qəzet onu da xatırladır ki, Obamnın özü konstitusiya hüququ üzrə professordur, nə etdiyini bilir.

İNGİLTƏRƏDƏ QADINLARA QARŞI ZORAKILIQ

Qadınlara Qarşı Zorakılığın Ləğvi Beynəlxalq Günü ilə bağlı Observer qəzeti Britaniyada qadınlara qarşı zorakılqdan yazır. Keçən il ilk dəfə olaraq İngiltərədə və Uelsdə qadınlara qarşı zorakılıq haqda hesabat çıxdı.

Bu ilin əvvəlində çıxan başqa hesabata görə son bir ildə əri və ya yaşadığı kişi tərəfindən 77 qadın öldürülüb.

Qadınlara xəsarət yetirilməsi ilə nəticələnənən 96 min hadisə olub. Hesabatda polis tənqid olunur ki, bu məsələdə polis çox zəifdir və polisin belə zəifliyi qəbuledilməzdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG