Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:54


Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalında VII sinif üzrə elektron dərsliklər yerləşdirilib.

Nazirliyin rəsmi saytında yerləşdirilən məlumata görə,hazırda portalda ümumilikdə 20 elektron dərslik var. Artıq istifadəçilər VII sinif üzrə elektron dərslikləri də portaldan epub, oflayn və onlayn formatda yükləyə bilərlər.

Portaldan daha çox VI sinif üzrə Azərbaycan dili, riyaziyyat, biologiya və ingilis dili dərsliklərindən istifadə olunub. 62 faiz istifadəçi onlayn, 20 faiz oflayn, 18 faiz epub formatda elektron dərsliklərdən yararlanıb.

Qeyd edək ki, cari ilin sonuna qədər II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərslik də portalda yerləşdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG