Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:16

Azərbaycanda 6 rayonun prokuroru dəyişdirilib



Azərbaycanda bir neçə rayonun prokuroru dəyişdirilib.Baş Prokurorluğun mətbuat xidməti APA-nın sorğusuna cavab olaraq bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə Baş Prokurorluğun idarə rəisinin müavini Əli Abdullayev tutduğu vəzifədən azad edilərək Zaqatala rayonun prokuroru təyin edilib.

Beyləqan rayon prokuroru Muxtar Eminov Göyçay rayon prokuroru, Göyçay rayon prokuroru Fuad Məmmədov Goranboy rayon prokuroru, Saatlı rayon prokuroru Tariyel Ələkbərov Cəlilabad rayon prokuroru, Zəngilan rayon prokuroru Azər Osmanov isə Beyləqan rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG