Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:46

ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində polis əməkdaşının atəş açdığı, yalançı tapançalı 12 yaşlı oğlan ölüb. Polis 12 yaşlı Tamir Rice-ı noyabrın 22-də yaralayıb, o, bir gün sonra dünyasını dəyişib.

Uşaqların oyun meydançasında bir oğlanın əlindəki tapançayla ətrafdakıları qorxutduğunu görən bir nəfər polis çağırıb. Rəsmilər deyir ki, polis gələndə Rice təhdidedici sözlər işlətməyib. Ancaq əslinə oxşayan “Airsoft” tipli plastik tapançanı polisə tuşlayıb.

Son illər Klivlend polisi ABŞ Ədliyyə Departamentinin xüsusi nəzarətinə məruz qalır. 2012-ci ildə polis bir maşını izləyib, ona 137 güllə atıb və iki silahsız şübhəlini öldürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG