Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:37

Fəzail Ağamalı: «Milli Məclisin tərkibi də dəyişilməlidir»


Fəzail Ağamalı
Fəzail Ağamalı

-

“Yeni Müsavat”: Parlamentdə 2015-ci ilin büdcə müzakirələri üç günlük müzakirələrdən sonra başa çatdı və hökumətə sənədin yenidən hazırlanması üçün simvolik vaxt verildi. Ancaq daha çox diqqət çəkən bir məqam oldu ki, müzakirələrdə müəyyən istisnalar olmaqla əksər deputatlar daha çox ölçülü-biçili danışmağa üstünlük verdilər. Bunun bir səbəbi də o ola bilər ki, hazırkı tərkib sonuncu dəfə büdcə müzakirələri üçün toplaşmışdı və olduqca həssas vaxtdır.

Hesab olunur ki, deputatlar növbəti çağırışda da mandat qazanmaq üçün hökumət üzvləri ilə münasibətlərə xələl gətirə biləcək hər hansı sərt ifadəyə yol vermək istəməyib. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə büdcə ilə bağlı söhbətimizdə ilk olaraq bu barədə soruşduq:

- Fəzail bəy, bəs, siz büdcə müzakirələrindəki çıxışınızda nə qədər korrekt olmağa çalışdınız?

- Mən düşünürəm ki, bu, sizin o qədər də dəqiq olmayan, əslində çıxışlardan dolayı çıxarmış olduğunuz nəticələrin subyektiv yanaşması və daha çox da qəzetçilik baxımından, həmçinin, mənsub olduğunuz qəzetin müxalifət xarakterinə uyğun bir yanaşmadır. Çünki orada büdcə ilə bağlı bütün iradlar bildirildi. İstər parlamentin siyasi partiyalar bloku, istər müstəqil deputatlar tərəfindən. Hətta Siyavuş Novruzovun çıxışı və söylədiyi fikirlər kifayət qədər ciddi xarakter daşıyan notlarla zəngin idi.

...

– Söhbətin əvvəlindəki suala qayıdıram, siz özünüzü 2015-ci il parlament seçkilərində iştiraka hazırlıqlı bilirsinizmi? Son vaxtlar ardıcıl məlumatlar yayılır ki, tərkib ciddi şəkildə dəyişəcək deyə...

- Dəyişiklik, əlbəttə ki, olmalıdır. Cəmiyyət inkişaf etdikcə bütün sahələrdə olduğu kimi Milli Məclisin tərkibi də dəyişilməlidir. Bu, təbiidir, qaçılmazdır və buna çox normal yanaşmaq lazımdır. Mənim özümə gəldikdə, sağlıq olsun, qarşıdan gələn parlament seçkilərinə bir daha qatılmaq niyyətindəyəm. Hər şey sağlığın başında və Tanrının verdiyi qismətin içərisindədir.

QUBAD İBADOĞLU: "MÜSAVAT DƏYİŞMƏLİDİR"

Noyabrın 23-də Müsavat Partiyasının ümumrespublika müşavirəsi keçirilib. Partiyanın Bakıdakı mərkəzi qərargahında keçirilən tədbiri aparan Müsavat başqanı Arif Hacılı Müsavatın sonuncu qurultayından və başqan seçkisindən narazı qalmış kəsimdən də söz açaraq deyib ki, narazıların təklifləri, müzakirələri partiya daxilindən kənara çıxıb:

“Çox böyük bir diskussiya başlayıb. Müsavata heç bir rəğbət bəsləməyən çevrələr bundan istifadə edir. Hakimiyyətin tam nəzarəti altında olan televiziya kanalları Müsavat Partiyasında gedən prosesləri şişirtmək və Müsavatı nüfuzdan salmaq üçün bu proseslərdən istifadə etməkdədir”.

Başqanlığa keçmiş namizəd Qubad İbadoğlu isə qeyd edib ki, Müsavat dəyişməlidir:

“Qurultaydan əvvəlki Müsavat yoxdur. Qurultaydan əvvəl Müsavat İsa Qəmbərə bağlı idi. Müsavat Partiyasında yeni dönəm artıq İsa bəyin xarizması ilə idarə olunan dönəm deyil. İndiki dövr partiyanın şəffaf idarə edilməsi dövrüdür. Müsavatın daxili demokratiya problemi var. Biz daxili demokratiyaya hazır deyilik. Qərarlar birtərəfli verilir”.

İSA SADIQOV NATO-QAFQAZ ALYANSININ PREZİDENTİ OLDU

“Azadlıq” qəzeti: Avropada yeni bir ictimai təşkilatın əsası qoyuldu və təşkilat rəsmən qeydə alındı. Bu, NATO-Qafqaz Alyansı adlı ictimai təşkilatdır. Alyansın prezidenti Azərbaycanda hər kəsin yaxşı tanıdığı və sayğı bəslədiyi polkovnik İsa Sadıqovdur. İsa Sadıqov NATO-Qafqaz Alyansının hansı zərurətdən yarandığını və qarşıda duran fəaliyyət prioritetlərini danışır.

- NATO, əlbəttə, bütün dünyada hərbi blok kimi tanınır və qəbul edilir. Amma bu, sıradan bir hərbi blok deyil, eyni zamanda konkret siyasi dəyərlər üzərində qurulan əsgəri birlikdir. Bu o deməkdir ki, hərbi-texniki standartlarını kamilləşdirən hər hansı dövlət NATO-ya üzv ola bilməz. NATO-ya üzv olmaq üçün hökmən, konkret əsgəri-mənəvi prinsiplər də qəbul edilməlidir. Bu, demokratiyadır. Demokratik dəyərləri qəbul etməyən ölkə hərbi baxımdan özünü nə qədər gəlişdirsə də, bu, NATO standartı deyil. Buna görə də, NATO-Qafqaz Alyansına, sadəcə olaraq, Şimal Alyansı ilə hərbi əməkdaşlığın perspektivlərini müzakirə edən ictimai birlik kimi baxılmamalıdır. Biz Qafqazda, o sıradan və təbii ki, Azərbaycanda demokratiyanın həyat və idarəetmə tərzinə çevrilməsi üçün çalışmalıyıq ki, NATO kimi güclü bir müttəfiqimiz də olsun.

AZƏRBAYCANDA BALIQ MƏHSULLARININ SATIŞI ÜÇÜN MEYARLAR MÜƏYYƏNLƏŞDİRİLİB

Arxiv foto
Arxiv foto

Azərbaycanda balıq məhsullarının satışı üçün “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edilib. Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, qaydaya edilən əlavəyə əsasən, ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsullarının satışı kənd təsərrüfatı məhsullarının satışı yerlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş baza, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata keçiriləcək.

XS
SM
MD
LG