Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:00

"Exo Moskvı" jurnalistlər üçün sosial media qaydaları hazırlayır


 "Ekho Moskvy" radio stansiyasının baş redaktoru Aleksei Venediktov

"Ekho Moskvy" radio stansiyasının baş redaktoru Aleksei Venediktov

Rusiyanın Exo Moskvı (Ekho Moskvy) radiostansiyası bildirir ki, işçilərinin sosial mediada fəaliyyətini tənzimləyən qaydalar hazırlayır. Öncə radiostansiyanın bir əməkdaşının tvitterdə yazdığı mesaja görə dövlət sahibkarı ilə radionun baş redaktoru arasında mübahisə yaranıb.

Exo Moskvı-nın jurnalisti Lesya Ryabtseva noyabrın 24-də AzadlıqRadiosuna müsahibəsində deyib ki, həmin qaydaların hazırlanmasına nəzarət edir. Ryabtseva-nın sözlərinə görə, oxşar tədbirlər Gazprom Media üçün işləyən digər jurnalistlərə də tətbiq olunacaq. Dövlətə məxsus Gazprom Media Exo Moskvı-da nəzarətedici paya malikdir.

Noyabrın 6-da Gazprom Media-nın rəhbəri Mikhail Lesin Exo Moskvı-nın aparıcısı Aleksander Plyushchev-i işdən çıxarılmasını əmr edib. Səbəb onun Kremlin aparat rəhbəri Sergei İvanov-un oğlunun ölümü barədə tvitterdə yazması olub.

Sonradan Lesin əmri geri götürüb.

Sosial media qaydalarının hazırlanması Rusiya jurnalistlərinin kəskin reaksiyasını doğurub. Onlar bu qaydaların sonucda bütün mediaya tətbiq olunacağından narahatdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG