Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:36


Vyanada İran və dünyanın altı güclü dövləti arasında nüvə danışıqları ötən gecəyədək əldə olunmayıb. Razılaşma üçün noyabrın 24-ü son tarix qoyulmuşdu. Rəsmilər gecə 12-dək razılaşmanın əldə olunmadığını bildirirlər.

Razılaşma o deməkdir ki, ABŞ və Avropa Birliyi sanksiyaları ləğv edir, İran isə nüvə silahı hazırlamır.

ABŞ rəsmilərinin məlumatına görə, ABŞ dövlət katibi John Kerry İranın xarici işlər naziri Mohammad Javad Zarif-ə tərəflərin son tarixin uzadılmasına dair danışıqlara başlamasını deyib. İran rəsmiləri də həmin məsələnin “masanın üzərində olduğunu” söyləyiblər.

Lakin İran diplomatları onu da bildirilər ki, danışıqlar iflasa uğrasa, onlar iqtisadi və diplomatik dəstək üçün Moskva və Pekinə üz tuta bilərlər.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov noyabrın 23-də Vyanaya gəlib və Zarif-lə danışıqlara başlayıb.

Çinin xarici işlər naziri Wang Yi-nin noyabrın 24-də Vyanaya gələcəyi gözlənir.

Britaniyanın xarici işlər naziri Philip Hammond deyib ki, danışmanlar noyabrın 24-də səhər “bu xətti keçmək üçün böyük sıçrayış” edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG