Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:49

İntiharçı bomba partlayışında 50 nəfər həlak olub [Yenilənib]


Yerli rəsmilər deyirlər ki, yaralılardan bəzilərinin paytaxt Kabula köçürülməsi lazım gələcək.

Yerli rəsmilər deyirlər ki, yaralılardan bəzilərinin paytaxt Kabula köçürülməsi lazım gələcək.

Voleybol yarışı zamanı törədilmiş partlayış nəticəsində 50 nəfər həlak olub və daha 60-dək insan yaralanıb

-

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Əfqanıstanın şərqində voleybol yarışına intiharçı hücumunu pisləyib. Həmin hücumda azı 50 nəfər həlak olub, 60 nəfər yaralanıb.

Noyabrın 23-də intiharçı Paktika vilayətində keçirilən yarışda camaatın içinə girib. Paktika Pakistanın Şimali Vəziristan regionu ilə sərhəddir.

BOK prezidenti Thomas Bach deyib ki, bomba hücumu «idmanın özünə, idmanın güclü icmaların qurulması, sülh və barışığın irəli aparılması kimi müsbət dəyərlərə töhfəsinə hücumdur».

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

HƏLAK OLANLARIN ƏKSƏRİYYƏTİ MÜLKİ ŞƏXSLƏRDİR

Əfqanıstan rəsmiləri bildiriblər ki, ölkənin şərqindəki Paktika əyalətində voleybol yarışı zamanı intiharçının törətdiyi partlayış nəticəsində 45 nəfər həlak olub və daha 60-dək insan yaralanıb.

Yerli valinin sözçüsü Mokhlis Afghan xəbər verib ki, partlayış noyabrın 23-də, gündüz çağı Yəhyalı rayonunda, burada keçirilən rayonlararası turnir zamanı, böyük tamaşaçı izdihamının içində törədilib. Sözçü bildirib ki, intiharçı matçın davam etdiyi bir vaxtda izdihama qatılıb və üstündəki bombanı işə salıb.

«Həlak olanların əksəriyyəti mülki şəxslərdir» – deyib rəsmi.

O həmçinin yaralıların ağır vəziyyətdə olduqlarını bildirib. Rəsminin dediyinə görə, yaralılardan bəzilərinin paytaxt Kabula köçürülməsi lazım gələcək.

MƏSULİYYƏTİ HEÇ KİM ÜZƏRİNƏ GÖTÜRMƏYİB

Əfqanıstanın Paktika əyaləti Talibanın güclü nüfuza malik olduğu Pakistanla həmsərhəddir. AzadlıqRadiosunun Azad Əfqanıstan bölümündən Davood Tappan xəbər verir ki, tamaşaçıların arasında çox sayda polis və rəsmi də olub.

Əfqanıstanda bu il törədilmiş basqınlardan ən ağırı olan bu hücum üçün məsuliyyəti hələlik heç kim üzərinə götürməyib. Müxbir xəbər verir ki, xarici qoşunların bölgəni tərk etməkdə olduğu bu il ərzində Taliban və başqa yaraqlı qruplar çox sayda intihar basqınları törədirlər.

ABŞ VƏ NATO ƏFQANISTANDA 12 MİN ƏSGƏR SAXLAYACAQ

Pakitikada baş vermiş basqından əvvəl Əfqanıstan parlamenti Birləşmiş Ştatlar və ayrıca olaraq NATO ilə ikitərəfli təhlükəsizlik sazişlərini təsdiq edib.

Bu sazişlər qoşunlar 2014-cü ilin sonunadək Əfqanıstanı tərk etdikdən sonra NATO-ya bu ölkədə müəyyən qüvvələr saxlamaq imkanı verəcək.

Əfqanıstan hökuməti bu sazişləri hələ sentybarın 30-da imzalayıb.

Bu müqavilənin şərtlərinə görə ABŞ və NATO Əfqanıstanda yerli qüvvələrə dəstək verilməsi üçün Əfqanıstanda 12 min əsgəri qüvvəlik qoşun saxlaya biləcəklər.

Bu da xəbər verilir ki, prezident Barack Obamanın imzaladığı yeni qaydalara əsasən ABŞ hərbçiləri təkcə əl-Qaeda yaraqlıları ilə deyil, həm də Talibanla mübarizə apara biləcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG