Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:51

MH17-nin qalıqları Donbassdan Xarkova, sonra da Niderlanda göndərilir


Arxiv fotosu
Arxiv fotosu

-

Ukrayna səmasında vurulan MH17 ”Boeng” Malayzia sərnişin təyyarəsnin qalıqları separatçılarının nəzarətin altında olan ərazidən Xarkova göndərilib. Xəbər verilir ki, 12 yük vaqonuna yüklənmiş “Boeng” təyyarəsinin parçalarını daşıyan qatar Donetsk yaxınlığındakı Pelqaqeyevka stansiyasından yola düşüb. Qatari ATƏTin müşahidəçiləri və Hollandiyalı ekspertlər müşahidə edirlər.

Separatçı rayonların ərazisindən keçən qatar Ukrayna hökümətinin nəzarətində olan Xarkov şəhərinə gəlməlidir. Buradan onu Hollandiyaya göndərəcklər ki, qəzanın səbəblərinin araşdırılması üçün kiçik hissələri bir yerə toplamaqla Boengin gövdəsi rekonstruksiya olunsun.

Malayziya təyyarəsinin qəzası animasiyada
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

Malasia Airlines şirkətinə məxsus MH17 nömrəli Boeng təyyarəsi iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçarkən raketlə vurulmuşdu. Onun Rusiyameylli yaralılar tərəfindən, səhvən atəşə tutlduğu bildirilsə də, Rusiya Ukrayna tərəfini ittiham etməyə meyllidir. Faciədə həlak olan sərnişinlərin böyük hissəsi Niderlan vətəndaşı idi. Bundan başqa ölənlər arasında, Malayziya, Avstraliya, Yeni Zelandiya vətəndaşları da var idi.

MH17 vurulduğu gün AzadlıqRadiosunun apardığı canlı bloqu oxusan faciənin bir sıra maraqlı detalları ilə tanış ola bilərsən

XS
SM
MD
LG