Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:35

İraqın Mosul əyalətində sel sularının çəkilməsi ilə toplu məzarlıq ortaya çıxıb. Yerli mediya bildirir ki, kütləvi məzarlıqda 60-a qədər cəsəd var. Cəsədlər Badu həbsxanası yaxınlığında aşkarlanıb, onların üzərində həbsxana geyimləri var.

“Hürriyet” qəzeti yazır ki, ərazinin İslam Dövləti yaraqlılarının nəzarətində olmasına görə cəsədləri yaxınların təhvil vermək mümükün olmayıb.

Mosul İD-nin əlinə keçən zaman Badu həbsxanasından üç minə yaxın məhbus qaçmışdı.

Mosul iyundan İD nəzarəti altındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG