Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:43

Şimali Koreyanın yeni atom hədələri (Video)


Şimali Koreyanın lideri hərbi təlimlərə şəxsən rəhbərlik edir
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Şimali Koreyanın lideri hərbi təlimlərə şəxsən rəhbərlik edir

-

BMT-nin Şimali Koreyanı Haaqa məhkəməsinə vermək haqda təklifi bu ölkənin kommunist rəhbərliyinin qəzəbinə səbəb olub.

Şimali Koreya bu təklifin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılması lehinə səs verən hər bir ölkəni «ağır nəticələrlə» hədələyir.

Bəşəriyyətə qarşı cinayətlər ittihamı ilə Pxenyanı beynəlxalq məhkəməyə vermək təklifi artıq BMT-nin ilkin strukturunda qəbul olunub.

Şimali Koreya bu qərarı «fırıldaq» və ölkəyə qarşı elan olunan «müharibə» kimi qiymətləndirir və bəyan edir ki, bunula nüvə sınaqlarını bərpa etməyə məcbur edilir.

Pxenyan hədələrinin əsas ünvanı kimi Cənubi Koreya, ABŞ və Yaponiyanın adı çəkilir və «insan haqları ətrafında qaldırılan başıpozuq hay-küyə» görə bu ölkələrə xəbərdarlıq olunur ki, ağır nəticlərlərlə üzləşəcəklər.

BMT-nin Şimali Koreya qətnaməsi bu ilin fevralında hazırlanan hesabatın davamı kimi meydana çıxıb. Hesabat ölkədəki zorakılıqlar haqda şoxsaylı sübutlar əsasında hazırlanıb. Şimali Koreya rəhbərliyi isə hesab edir ki, ardıcıl işgəncələr və qətllər haqda ittihamlar ölkədəki siyasi sistemi məhv etmək üçün ABŞ həyata keçirdiyi planın bir hissəsidir.

XS
SM
MD
LG