Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:46

Rumıniya prezidenti Azərbaycana gəlir


Prezident Trayan Baseskunun fikrincə, münasibətlər təkcə rumın mebeli və neftlə məhdudlaşmamalıdır
Prezident Trayan Baseskunun fikrincə, münasibətlər təkcə rumın mebeli və neftlə məhdudlaşmamalıdır


Rumıniya prezidenti Trayan Basesku oktyabrın 11-12-də Azərbaycanda səfərdə olacaq. Səfər ərəfəsində «Trend» informasiya agentliyinə müsahibəsində cənab Basesku deyib ki, iki ölkə arasında münasibətlər təkcə rumın mebeli və neftlə məhdudlaşmamalıdır, müxtəlif sferalarda - enerji sektoru, sənaye, kənd təsərrüfatı, tikinti və nəqliyyat sahəsində də sıx əməkdaşlıq edilməlidir.


Oktyabrın 10-da Rumıniya-Azərbaycan birgə iqtisadi komissiyasının iclası keçirilib. Rumıniyanın Azərbaycandakı səfiri Nikolay Ureke deyir ki, görüşdə bəzi sənədlər müzakirə olunub. Diplomatın sözlərinə görə, birgə iqtisadi komissiyanın iclasında heç də ikitərəfli Fəaliyyət Planı müzakirə edilməyib. Rumıniya prezidentinin səfəri ərəfəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün Fəaliyyət Planının imzalanacağı barədə xəbərlər yayılmışdı.


Prezident Trayan Baseskunun fikrincə, Azərbaycan-Rumıniya münasibətləri təkcə rumın mebeli və neftlə məhdudlaşmamalıdır


Rumıniya Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və onunla hərbi sahədə də əməkdaşlıq edir.


Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Azay Quliyev hər iki ölkənin iqtisadi və siyasi sahələrdə bir-biri üçün əhəmiyyət daşıdığını deyir: «Gələn ildən Rumıniya Avropa Birliyinin üzvü olacaq. Beləliklə biz Rumıniyanın timsalında özümüzə əlavə bir tərəfdaş qazanacağıq».


Rumıniya prezidentinin Bakıya səfəri müddətində Xəzər neftinin Avropaya Rumıniya vasitəsilə neft-qaz ixracı məsələsinin də müzakirə olunacağı gözlənilir. Hazırda Azərbaycan Rumıniyaya kimyəvi məmulatlar və pambıq ixrac edir.


Azərbaycan prezidenti İlham Əliyev iki il bundan əvvəl Buxarestdə olub, bu ilin iyununda isə həmin ölkədə Qara Dəniz Dialoq və Əməkdaşlıq Forumunda iştirak edib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG