Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:38

Hitlerin rəsmini Yaxın Şərqdən anonim müştəri aldı


Hitler Drezden rəsm qalereyasında. Sonradan o bu rəsmləri axmaqların incəsənəti adlandıracaq

Hitler Drezden rəsm qalereyasında. Sonradan o bu rəsmləri axmaqların incəsənəti adlandıracaq

Almaniyanın Nuremberg Hərrac Evi Adolf Hitlerin çəkdiyi rəsmi 161 min dollara satıb. İlkin olaraq rəsmin 50 min avroya satılacağı güman olunurdu.

Komissyonçu Kathrin Weidler məlumat verib ki, “Standesamt und Altes Rathaus Muenchen” (Münxen bələdiyyəsinin və VVAQ idarəsinin binası) adlı rəsm 1905-1914-cü illər arasında yoxsul dolanan Hitler tərəfindən çəkilib.

Nasist liderinin əsərinin auksiona çıxarılmasının etikliyi barədə suala xanım Weidler, “bu, rəsmi satmaq istəyənlərin problemidir” cavabını verib.

Rəsmi satanlar 70 yaşlarında iki alman bacılardır. Adolf Hitlerin özü xatirlərində yazırdı ki, onun rəssam olmaq arzularına Vyana İncəsənət Akademiyasından dəfələrlə rədd cavabı alması son qoyub.

Hərracın təşkilatçıları şəkilin Yaxın Şərqdən olan və adının açıqlanmasını istəməyən şəxsə satıldığını bildiriblər.

Əldə olunan gəlirin 10 %-i əlil uşaqların xeyriyyə cəmiyyətinə bağışlanıb.

Əvvəllər Hitlerin əsərinin satılmasını soyqırım qurbanların qohumları tənqidlə qarşılayıb. Hitlerin bundan əvvəl auksiona çıxarılmış beş başqa rəsmi 80 min avroya satılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG