Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:56

Portuqaliya polisi keçmiş sosialist baş nazir Jose Socrates-i və daha üç nəfəri vergi fırıldağı, korrupsiya və çirkli pulların yuyulması ilə bağlı şübhələrlə əlaqədar həbs edib.

Xəbrdə deyilir ki, bu həbslər artıq bir neçə aydır davam edən təhqiqatın gedişində həyata keçirilib.

Polisin bəyanatında deyilir ki, 57 yaşlı Socrates cinayət məhkəməsi hakiminin şübhəli bank əməliyyatları və pul köçürmələrinə dair suallarına cavab verməli olacaq.

Portuqaliyanın rəsmi Lusa xəbər agentliyi bildirir ki, keçmiş baş naziri xarici səfərdən qayıdarkən Lissabon hava limanında həbs ediblər.

Socrates 2011-ci ildə, baş nazirliyinin ikinici müddəti başa çatmamış ölkədə yaranmış maliyyə böhranı ilə əlaqədar istefa vermişdi.

Onun mərkəz-solçu Sosialist Partiyası gələn il keçiriləcək seçkilərdən əvvəl rəy sorğularında lliderlik edir.

Xəbər verilir ki, istefa verdikdən sonra Socrates Parisə köçmüşdü və orada universitet kursu keçirdi.

Bu da bildirlir ki, ötən həftə başqa bir rəsmi – Portuqaliya miqrasiya xidmətinin rəhbəri Manuel Palos həbs edilib.

O varlı xarixci investorlar üçün imtiyazlı “qızıl viza”lar verməkdə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG