Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:04

-

“Əməliyyat olunmazsa, kor olacaq”.

Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə I qrup gözdən əlil Zamir Əzizağa oğlu Əzizovun anası Solmaz Əzizova deyir. Onun sözlərinə görə, Zamiq həm ümumi fiziki, həm də gözdən əlildir:

“Bu yaxınlarda gözlərində baş verən ani rahatsızlıq bizi müalicə məqsədilə İran İslam Respublikasına getməyə məcbur etdi. Burada müayinə zamanı bəlli oldu ki, oğlumun gözü karatakonus xəstəliyindən artıq dağılmış vəziyyətdədir və təcili əməliyyat olunmalıdır. Qohum, qonşunun maliyyə dəstəyi ilə onu əməliyyat etdirdik. Lakin bizə bildirdilər ki, bu, hələ əməliyyatın ilkin mərhələsidir”.

AİLƏ 10 MİN MANAT AXTARIŞINDA...

Əməliyyatın ikinci mərhələsi üçün 10 min manat pul vəsaiti tələb olunur:

“Bu məbləğ yığılmasa, oğlumun gözlərini qurtarmaq mümkün olmayacaq. Ailəmizdə beş əlil var, özüm, oğlanlarım və həyat yoldaşım. Bu səbəbdən bizim bu məbləği yığmağa imkanımız yoxdur. Bir ana kimi imkanlı şəxslərə yalvarıram, bu məbləğ yığılmasa, oğlum ömrü boyu görməyə bilər. Mənə bir ana kimi rəhminiz gəlsin. Oğlum göz görə-görə qaralığa qərq olmasın. Əvvəlcədən dərin minnətdarlığımı bildirirəm. Allah dadıınıza yetsin!”

Zamir Əzizova yardım etmək istəyənlər üçün bank hesabı:

Hesab :QSC BANK STANDART Əhmədli filialı
S WIFT MOSZAZ22
hesabın sahibi: Əzizova Solmaz
Hesab Nömrəsi: 380109441329111201
Müxbir hesab: AR AMB MƏİ-də AZ66NABZ01350100000000003944
Tel: 070 305 42 21 055 366 79 96 050 285 56 56

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG