Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:55

-

«Xural» qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının səhhətində problemlər yaranıb. Bu haqda AzadlıqRadiosuna Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı məlumat verib. Onun dediyinə görə, baş redaktorda qıcolmalar yaranıb:

«Həbsdən əvvəl də səhhətində problemlər var idi. Burnunda iki dəfə əməliyyat olunmuşdu, uğursuz alınmışdı. Azadlıqda olanda hazırlaşırdıq ki, növbəti əməliyyatı etdirək. İndi nəfəs almaqda çətinlik çəkir deyə, beyninə normal oksigen getmir. Bu da ürək döyüntülərinin artmasına, qıcolmalara səbəb olur. İndi növbəti əməliyyata ehtiyac var. Təhlükəsizliyi baxımından həbsxanadan kənarda əməliyyat olunmaq istəyir. Buna da icazə vermirlər. Qalmışıq çarəsiz. Əvəz Zeynallının artıq əsəb sistemi də pozulub».

Əvəz Zeynallı Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib.

O, hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunur.

Baş redaktor bütün ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG