Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:17

Joe Biden: «Avropada sərhədlərin yenidən çəkilməsi yolverilməzdir»


Joe Biden və Petro Poroshenko

Joe Biden və Petro Poroshenko

-

ABŞ vitse-prezidenti Joe Biden Kiyevdə deyib ki, “21-ci əsrdə dövlətlərin Avropada sərhədləri zor gücünə dəyişməsi və ya qonşularının qərarından xoşları gəlmədikdə müdaxilə etmələri yolverilməzdir.”

Ukrayna prezidenti Poroshenko ilə görüşdən sonra Biden deyib ki, əgər Rusiya Minsk razılaşmalarına tam əməl etsə, Ukraynanın ərazi bütövlüyünə hörmət göstərsə, “biz sanskiyalar barədə rasional müzakirə aça bilərik”.

O əlavə edib ki, bunun əvəzində Rusiyanın Minsk razılaşmalarına kobud şəkildə məhəl qoymamasını görürük.

Biden deyib: “Razılaşdığınızı edin, cənab Putin”.

O bildirib ki, ABŞ Krımın anneksiyası ilə heç vaxt barışmayacaq.

Biden Kiyevə noyabrın 20-də iki günlük səfərə gəlib.

SÜLHÜN BAZASI : MİNSK DANIŞIQLARI

Ukrayna prezidenti Poroshenko Minsk danışıqlarını Ukraynanın şərqində sülh danışıqlarının “baza formatı” adlandırıb.

O, noyabrın 21-də deyib ki, ABŞ vitse-prezidenti Bidenlə danışıqlarda belə bir razılığa gəliblər ki, sülh prosesinin baza formatı Minsk danışıqlarıdır.

Onun sözlərinə görə, bu format bütün tərəfləri barışdıra bilər.

Bundan əvvəl Ukraynanın baş naziri Yatsenyuk demişdi ki, Kiyev üçün daha məqbul format Cenevrə formatıdır.

Bu bəyanata Rusiyanın xarici işlər naziri Lavrov belə cavab vermişdi ki, “Minsk sənədlərinin vacibliyini şübhə altına alanlar bu prosesdən Donetsk və Lugansk Xalq Respublikalarını qıraqda qoymaq istəyənlərdir.”

KOALİSİYA YARANDI

Noyabrın 21-də Ukraynada beş partiyadan ibarət hakim koalisiya formalaşıb. Koalisiyaya Petro Poroshenko Bloku, Xalq Cəbhəsi, Samopomich, Radikal Partiya və Batkivshchyna daxildir.

Koalisiya Ukraynanın NATO-ya qoşulmasının əsas məqsəd olmasına, Rusiyanın tutduğu Krımın Ukraynanın nəzarətinə qaytarılmasına razılaşıb.

Partiyalar həmçinin razılaşıb ki, deputatların toxunulmazlığı ləğv edilsin, seçki sistemində islahat aparılsın, Sovet və nasist simvolları qadağan olunsun.

Partiyaların prioritetləri sırasında ölkənin şərqində daimi hərbi bazanın yaradılması, ölkənin ÜDM-sinin azı 3 faizinin hərbi ehtiyaclar üçün ayrılması var.

KİYEV MAYDAN HƏRƏKATININ İLDÖNÜMÜNÜ BAYRAM EDİR

Noyabrın 21-i həm də Ukraynanın yeni bayram günüdür. Ukrayna Maydan inqilabının ildönümünü bayram edir.

Kiyevin mərkəzində Maydana toplaşanlar bir il əvvəki etirazlar vaxtı ölən 100 nəfərin xatirəsini yad edib. Prezident Poroshenko yandırdığı şamı qoyarkən bəzi Maydan hərəkatı iştirakçılarının narazılığı ilə qarşılaşıb.

Bəziləri “Ar olsun”, “Poroshenko, sənin qəhrəmanın kimdir?”, ”Qatillər hanı?” kimi şüarlar qışqırıb.

Onlar keçən ilki Maydan hadisələri vaxtı adamlara güllə atanların, etirazçıları öldürənlərin tapılıb-cəzalanmamasından narazıdır.

2013-cü il noyabrın 21-də bir neçə yüz adam Maydana toplaşıb, o vaxtki prezident yanukovichin Avropa Birliyi ilə assosiasiya sazişi imzalamamasına etirazını bildirdi. Onlar qarşı polis zorakılığındamn sonra Maydandakı etirazçıların sayı on minlərlə oldu.

Şərhləri göstər

XS
SM
MD
LG