Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:07

Çili prezidentinin atasına işgəncə vermiş iki keçmiş polkovnik məhkum olundu


 Michelle Bachelet
Michelle Bachelet

Çili prezidenti Michelle Bacheletin atasına işğəncə vermiş iki istefada olan polkovnik məhkum olundu.

Onlar 1973-1990-cı illərdə general Pinochetin diktatorluğu dövründə Hava qüvvələri generarlı Alberto Bachelet Martinezə ölümlə nəticələnən işgəncə verməkdə günahkar biliniblər. Edgar Cevallos Jones 2 il, Ramon Cace Jorquera 3 il həbs cəzası alıb.

General Bachelet Martinez hərbi çevrilişlə devrilən prezident Salvador Allendeyə sadiq idi. Onu 1973-cü ildə həbs edəndən sonra vətənə xəyanətdə ittiham etdilər.

Onu vaxtaşırı Hava Qüvvələri Akademiyasının binasına aparıb, işgəncə verirdilər. 50 yaşlı generalın ürəyi bu işgəncələrə dözmədi və o,1974-cü ildə ürək tutmasından vəfat etdi.

Çili prezidenti Michelle Bacheletin özünə də o dövrdə işgəncə verilib. O, anası Angela Jeria ilə o vaxt Şərqi Almaniyaya gedə bildi.

Pinochet dövründə 300 min adam oğurlanıb, öldürülüb və ya yoxa çıxıb. 28 min adama işğəncə verilib. 2006-cı ildə 91 yaşında ölən Pinochetə heç vaxt tam miqyaslı məhkəmə qurulmadı.

XS
SM
MD
LG