Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:12

Yalançı pul dəyişmə məntəqəsində bir nəfərin 400 min dollarını götürüb, aradan çıxıblar


Moskvada yalançı pul dəyişmə məntəqəsndə bir nəfərin 400 min dollarını götürüb, aradan çıxıblar.

Bu hadisə noyabrın 21-də olub. Həmin şəxs pul dəyişməyə çox sərfəli məzənnəni elanla tapıb və göstərilən yerə gələrək pulu puldəyişmə məntəqəsinə verib.

Pulu götürənlər pul sayma bəhanəsi ilə pəncərəni bağlayıblar, sonra da məlum olub ki, pulla birlikdə yoxa çıxıblar.

Bu məlumatı TASS agentliyinə Rusiya DİN-in Moskva bölməsindən bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG