Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:49

ABŞ vitse-prezidenti Joe Biden Kiyevdə deyib ki, dövlətlərin Avropada sərhədləri zor gücünə dəyişməsi və ya qonşularının qərarından xoşları gəlmədikdə müdaxilə etmələri yolverilməzdir.

Ukrayna prezidenti Poroshenko ilə görüşdən sonra Biden deyib ki, əgər Rusiya Minsk razılaşmalarına tam əməl etsə, Ukraynanın ərazi bütövlüyünə hörmət göstərsə, “biz sanskiyalar barədə rasional müzakirə aça bilərik”.

O əlavə edib ki, bunun əvəzində Rusiyanın Minsk razılaşmalarına məhəl qoymamasını görürük.

Biden deyib: “Razılaşdığınızı edin, cənab Putin”.

O bildirib ki, ABŞ Krımın anneksiyası ilə heç vaxt barışmayacaq.

Biden Kiyevə noyabrın 20-də iki günlük səfərə gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG