Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:17

Azərbaycan nümayəndələri siyasi məhbusların adı olan posterləri cırıb


Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun noyabrın 20-də Batumidə keçirilən Baş Məclisində Azərbaycn nümayəndə heyətinin üzvləri Azərbaycanda siyasi məhbusların adları yazılmış bəzi posterləri cırıb.

Avropa Birliyinin sponsorluğu ilə keçirilən bu tədbir Forumun ali qərarverci orqanıdır.

Cırılan poisterləri Çexiyanın Nesenhuti adlı QHT-si hazırlayıb, bu posterləri Batumiyə Çexiyanın başqa QHT-si People in Need gətirib.

Azərbaycan nümayəndə heyəti öz hərəkətini belə izah edib ki,Forumun başqa üzvləri də bu problemlə üzləşir, amma barmağı bir ölkəyə tuşlamaq ədalətsizlikdir.

Azərbaycan nümayəndə heyəti Çexiya təşkilatını erməni lobbisinin bir hissəsi olmaqda ittiham edib.

Forumun komitəsi bu insidentlə bağlı bəyanat verib və Azərbaycanın bəzinümayəndələrinin hərəkətini pisləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG