Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:33

-

«Şərq qapısı» 21.11.2014

Özbəkistanda həyata keçiriləcək kəhrizbərpa işlərində Naxçıvan təcrübəsindən istifadə olunacaq.

...Vurğulanıb ki, MDB ərazisində ilk dəfə Naxçıvan Muxtar Respublikasında aparılan kəhrizbərpa işlərinin, eləcə də Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Kəhrizlər İdarəsinin yaradılmasının analoqu yoxdur.

Professor Əlövsət Quliyev Naxçıvan tarixinin müxtəlif dövrlərini əks etdirən sənədli filmləri, Naxçıvanın tarixinə, mədəniyyət və iqtisadiyyatına aid kitabları, CD-ləri Özbəkistan Respubikasının alimləri və beynəlxalq heyət üzvlərinə təqdim edib. Naxçıvan Muxtar Respublikası ilə qiyabi tanışlıq onlar tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin heyət üzvlərinə Naxçıvanda aparılan kəhrizbərpa işlərinə aid metodik vəsait, təhlükəsizlik tədbirlərinə aid tövsiyə və tədqiqat materialları təqdim edilib. Beynəlxalq tədbirdə bildirilib ki, Özbəkistanda həyata keçiriləcək kəhrizbərpa işlərində Naxçıvan təcrübəsindən istifadə olunacaq....

DÜNƏNİN, BU GÜNÜN, GƏLƏCƏYİN PARTİYASI

...YAP universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov «Naxçıvanda tələbə-gənclik» mövzusundakı məruzəsində partiyanın ziyalı, vətənpərvər gəncliyin formalaşmasındakı müstəsna rolundan bəhs edib. Məruzəçi bildirib ki, ümummilli liderin partiyanın II qurultayında söylədiyi «Gənclər bizim partiyamızın sıralarında xüsusi qayğıya malik olmalıdırlar» fikri partiyanın əsas prinsiplərindən biri olub. Müasir gənclik isə yekdilliklə rifah və tərəqqi partiyası olan Yeni Azərbaycan Partiyasını seçərək müstəqil Azərbaycanın tərəqqisi üçün əzm və iradə ilə fəaliyyət göstərir.

Sonda YAP sıralarına qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim edilib.

Şərhləri göstər

XS
SM
MD
LG