Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:34

-

«Əfv komissiyasına siyahı hazırlayırıq. Burada təkcə siyasi məhbuslar yox, digər hüququ pozulan məhbusların da adları var».

Bu haqda AzadlıqRadiosuna «İnsan hüquqları üzrə Birgə Qrup»un üzvü Novella Cəfəroğlu məlumat verib.

Novella Cəfəroğlu bildirir ki, indiyədək quruma xeyli ərizə daxil olub:

«Bizə bir balaca vaxt verin, hər şey yaxşı olacaq. Çox işlər görürük bu saat. Siyahıda güman edilən hər kəsin adı olacaq. Sənədləri yığırıq. Bizə minlərlə müraciətlər daxil olub. Bu müraciətlər qurum yaranmazdan əvvəl də olunub. Hamısını araşdırıb, nəzərdən keçiririk.

Haqsız olaraq çoxlarının hüquqları pozulub. Biz təkcə bu məsələ ilə məşğul olmuruq. Digər məsələləri də qaldırırıq. Məsələn, təklif edirik ki, sifarişlə qərar çıxaran məhkəmələr dəyişməlidir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG