Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:55

3 yaşlı uşağın zorlanması Əfqanıstanı şoka salıb-Mətbuat icmalı


Kabildə zorlamaya görə asılmaqla edam olunanlar
Kabildə zorlamaya görə asılmaqla edam olunanlar

-

Əfqanıstanda 3 yaşlı uşağın zorlanması bütün ölkəni bir-birinə vurub. Yerli QHT rəhbəri Najia Nassim deyir ki, o ömründə belə şey eşitməmişdi.

Barack Obama Konqreslə qarşıdurmaya getdi. Qanunsuz immiqrantlar haqda prezident qərarı 5 milyon qeyri-leqal miqrantın ölkədən çıxarımasının qarşısını alacaq.

Misirdə prezidenti tənqid edən mahnılar oxuyan məşhur müğənnini radioda qadağan etdilər.

Dünya mediası bu gün nədən yazır?

3 YAŞLI QIZ

BBC News yazır ki, Əfqanıstanda 3 (üç!) yaşlı qızın zorlanması bütün ölkəni şoka salıb. BBC-nin müxbiri Richard Galpin xəbər verir ki, 3 yaşlı Neelofar uşaqlarla oynayanda hücuma məruz qalıb. O, evlərinin yanında oynayanda bir nəfər gəlib, onu götürüb, yaxınlıqdakı bağa aparıb, orada zorlayıb və sonra öldürmək istəyib.

Xoşbəxtlikdən, yoldan bir kişi keçirmiş və səs eşidib, yaxına gəlib. O, Neelofari götürüb, məscidə aparıb.

Polis hadisə ilə bağlı 18 yaşlı oğlanı həbs edib. O, qonşudur və ailənin tanışıdır.

Neelofarin atası çox kasıbdır. O, hadisə baş verəndə yolda idi. O, iş tapmaq üçün İranın Bəndər Abbas limanına gedirdi. Müxbir yazır ki, Abdul adlı bu kişi Əfqanıstandan İrana qədər bu uzun yolun çox hissəsini piyada gedirdi.

Evində baş verən hadisəni yolda eşidib və geri qayıdıb. O, müxbirə deyib ki, onun qızının həyatı bitdi. Çünki Əfqanıstanda zorlanmış qız daha heç kimə ərə gedə bilməyəcək.

Abdul qorxur ki, o, kasıb olduğuna görə, günahkarı hökumət lazımi qaydada cəzalandırmaya.

Abdul deyir “ Əgər Əfqanıstan prezidenti mənə Şəriətə və Əfqanıstan qanunlarına əsaslanan haqqımı verməsə, mən 6 uşağımı gətirib, prezident sarayının qabağında öldürəcəyəm və Əfqanıstandan baş götürüb, gedəcəyəm. Mənim anam və arvadım da özlərini öldürəcəklər” .

BBC yazır ki, zorlama Əfqanıstanda geniş yayılmış problemdir. Keçən ay gənc qızı zorlayan mollaya 20 il həbs cəzası kəsildi və o, 26 min dollar cərimə olundu.

Bu işi Kabil məhkəməsinə gətirib çıxaran Əfqan Qadını Naminə QHT-nin hüquqşünası Benefsha Effaf deyir ki, əgər bu məhkəmə hadisənin baş verdiyi Gunduz vilayətində olsaydı, həmin mollaya cəmi 80 şallaq vurulacaqdı və o, azad ediləcəkdi.

Neelofar barədə müxbir yazır ki, o, xəstəxanada müalicə alır. Sağalandan sonra o, öz kəndlərinə qayıda bilməyəcək. Çünki kənddə onun kimi qızlara pis baxırlar.

O, zorlanmış uşaqlar üçün xüsusi internata yerləşdiriləcək.

Bu internatda hamı yaxşı təhsil alır. Müxbir burda bir qızla söhbət edib. Həmin qız öz kəndlərindən yeganə qızdır ki, yazıb-oxuya bilir və gələcəkdə həkim olmaq istəyir.

OBAMA: “ÖZÜMÜZ DƏ VAXTİLƏ MÜHACIR OLMUŞUQ”

“Barak Obama Konqreslə qarşıdurmanı seçdi”. Bunu New York Times qəzeti yazır. 15 dəqiqəlik çıxışında Obama ölkənin immiqrasiya sistemini dəyişəcəyini elan edib.

O bildirdi ki, “biz qərib adamları incitməməlik, çünki özümüz də vaxtilə qərib olmuşuq”.

Obamanın yeni sərəncamı 5 milyon qanunsuz miqrantın ölkədən çıxarılmasının qarşısını alacaq. Bu miqrantlar qanunla işləyə biləcək, ancaq bu, onların vətəndaşlıq almasına aparmır.

Obamanın qərarından ən çox yararlanan–uşaqları ABŞ-da anadan olan və bununla da uşaqları avtomatik ABŞ vətəndaşı olan 4 milyon mühacirdir. Onlar özlərinin ABŞ-da yaşamasını qanuniləşdirə biləcək.

ABŞ-da “sənədləşdirilməyən”, başqa sözlə qeyri-leqal azı11 milyon mühacir var. Onların yarıdan çoxu ABŞ-da 10 ildən çox yaşayır. Onların 33 faizinin ABŞ-da öz evləri var.

NBC və Wall Street Journal qəzetinin sorğusuna görə, amerikalıların 57 faizi mühacirlərə sonda vətəndaşlıq verə biləcəkhər-hansı bir qərara tərəfdardırlar.

Sorğuda iştirak edənlərin 74 faizi deyib ki, əgər qeyri-leqal mühacirlər əvvəlcə polis yoxlaması keçsələr və ABŞ-da yaşadıqları əvvəlki illərə görə vergi versələr, onlar hökumətin belə bir qərarını dəstəkləyərlər,

Yanvardan yeni heyətlə işə başlayacaq senatda və nümayəndələr platasında əksəriyyətdə olan respublikaçılar isə Obamanın qərarını böyük narazılıqla qarşılayıblar. Onlar prezidentin qərarını səlahiyyət həddini aşmaq, hakimiyyəti zəbt etmək adlandırırlar.Onların fikrincə, Obamanın verdiyi qərar əslində konqresin səlahiyyətində olan məsələdir.

Qərardan əvvəl Nümayəndələr palatasının sədri Boehner deyirdi ki, Obama “kibritlə oynamasın, özünü yandıracaq”.

Senatdakı çoxluğunun gələcək lideri McConnel deyib ki, Obamanın qərarı “öküz üçün qırmızı bayraqdır”.

Respublikaçıların bir qismi indiObamaya təzyiq kimi büdcənin təsdiqi məsələsinin seçilməsini təklif edir, digərləri prezidentin vəzifə təyinatlarını təsdiqləməməyə çağırır.

PREZİDENT TƏRİFLƏMƏSƏN...

BBC News yazır ki, Misir radiosu populyar müğənni Hamza Namiranı tənqidi mahnılarına görə qadağan edib.

Hamza Hamira öz mahnılarında Misir hakimiyyətini tənqid edir. Radionun sədri Abdel rahman Rashad deyir ki, hakimiyyəti tənqid edənə radioda yer yoxdur.

İnsan haqları fəalları bildirirlər ki, Misirdə prezident Abdul Fattah al-Sisini nəinki tənqid etmək, hətta tərifləməmək olmaz. Onu tərifləməyən mahnılar oxuyanı susdururlar.

Hamza Namira 3 il bundan qabaq, inqilab dövründə populyarlaşıb. O, azadlıq və ümid haqda mahnılar oxuyur. BBC-nin Qahirədəki müxbiri Orla Guerin deyir ki, Namira 2011-ci ildə Misir inqilqabının səsi idi.

Namira son günlər siyasi problemi yaranan ikinci məşhur mədəniyyət xadimidir. Misirin ən tanınmış aktyorlarından biri olan Khaled Abol Naga prezidenti tənqid etdiyinə görə vətənə xəyanətdə ittiham olundu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG