Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:49

Məşhur rejissor vəfat etdi


Mike Nichols (sağda) həyat yoldaşı Diane Sawyer ilə, 2005
Mike Nichols (sağda) həyat yoldaşı Diane Sawyer ilə, 2005

-

Məşhur Amerika rejissoru Mike Nichols 83 yaşında vəfat edib.

“Məzun”, “Virciniya Vulfdan kim qorxur” kimi filmlərin rejissoru olan Nichols-un ürək tutmasından öldüyü deyilir.

O çox az rejissorlardandır ki, həm “Oscar”, həm “Tony”, həm “Emmy”, həm də “Grammy” mükafatlarına layiq görülüb.

1931-ci ildə Almaniyada yəhudi ailəsində doğulmuş rejissorun əsl adı Mikhail Igor Peschkowsky idi. Almaniyada nasistlərin yəhudilərə qarşı repressiyaları başlananda ailə ABŞ-a köçmüşdü.

Onun “Virciniya Vulfdan kim qorxur” filmi 1966-cı ildə 13 nominasiyada “Oscar”a namizəd olmuş, bunların 5-də qalib gəlmişdi. Bu ailə dramında Elizabeth Taylor, Richard Burton kimi ulduzlar çəkilib.

“Məzun” isə ali məktəbi qurtaran gəncin özü istədiyi kimi yaşamaq istəməsi, amma valideynləri, qohumları, valideynlərini dostları tərəfindən zorla ənənəvi yaşam tərzinə sürüklənməsi haqdadır. Baş rolda Dustin Hoffman çəkilib.

XS
SM
MD
LG