Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:13

Gəncənin kompüter yaddaşlı qadınları...


Gəncə şəhəri 109 Məlumat bürosu
Gəncə şəhəri 109 Məlumat bürosu

-

Gözlə

No media source currently available

0:00 0:03:11 0:00
Direct-ə keçid

Darısqal otaq, cəmi 3 nəfər işçi və 1 kompüter. Burda gün telefon zənginin səsi ilə başlayır. Gəncənin 109 Məlumat bürosunda gün ərzində azı 500 nəfərə telefon nömrələri ilə bağlı məlumat verilir.

33 ildir hər gün telefon dəstəyinə sarılıb işinin öhdəsindən gəldiyini deyən İntizar Əliyeva danışır ki, soruşulan nömrələrin əksəriyyətini əzbər bilir.

«BƏZƏN HEÇ DÜŞÜNMƏDƏN, KOMPÜTERƏ BAXMADAN CAVAB VERİRİK»

«109 məlumat xidmətində 33 ildir işləyirəm. Səhər saat 9 dan işə başlayırıq, axşam saat 6-ya kimi. Məlumat bürosunun hansı nömrəli telefonu olmasını məlumat veririk. Abonentləri məlumatlandırırıq. Bəzən heç düşünmədən, kompüterə baxmadan cavab veririk. Demək olar ki, adət eləmişik. Gecə yuxulu da olsaq soruşsalar əzbər deyərik».

İntizar Əliyeva
İntizar Əliyeva

Gəncədə ümumilikdə 62 min nömrə tutumu var. Bütün bu nömrələrin məlumatlarının toplusu isə 109 məlumat xidmətində cəmlənir. Sözügedən məlumat xidməti növü 2 ildir ki, abonentlərə ödənişli olaraq xidmət edir. İntizar Əliyeva deyir ki, ödənişli xidmətə keçid müraciət edən abonentlərin sayını azaldıb. Elə işlərini də bir az asanlaşdırıb:

ÖDƏNİŞLİ XİDMƏT MÜRACİƏT EDƏNLƏRİN SAYINI AZALDIB...

«Gün ərzində azı 500 nömrənin məlumatını veririk. Əvvəllər ödənişsiz olanda günə 9 min nəfərə cavab verirdik. Ödənişdən sonra bir az azalıb. Bəlkə bizdən də az-az hallarda narazı qalanlar olur. Əhali ilə işləmək çətindir. Dar hövsələli adamlar da olur. Amma çalışırıq hamı razı qalsın. Hamının nazını çəkirik, işimiz budur».

Təcrübəli işçi yaxşı məlumatçı olmağın sirlərindən də danışır:

«Yaxşı məlumat bürosu olmaq üçün diqqətli olmaq və yaxşı yaddaşa sahib olmaq lazımdır. Psixoloq olmaq lazımdır ki, onları idarə edə biləsən, bununla necə danışasan. Nömrələr dəyişəndə də 3 günə tapıb dəyişirik».

Məlumat almaq istəyənlərin sayı çox olsa da, onların sayı cəmi 3 nəfərdir. Digər məlumatçı Rəna Məmmədova da deyir ki, əziyyətlərinə uyğun olmasa da dolana bilirlər:

«BÜTÜN NÖMRƏLƏRİN 80 FAİZİNİ ƏZBƏR BİLİRƏM»

109 Məlumat bürosu
109 Məlumat bürosu

«Məlumat bürosunun 2 nömrəli işçisiyəm. 27 ildir işləyirəm. Bütün nömrələrin 80 faizini əzbər bilirəm. Bilmədiyimizi də kompüterə baxırıq. Öyrənmişik, əzbər bilirik deyə, asandır. Əmək haqqımız normaldır, nə çoxdur, nə az, dolanırıq».

109 məlumat xidməti son illər həm də borcunu uzun müddət gecikdirən abonentləri ödənişə cəlb etməklə bağlı fəaliyyət də göstərir. Həmin abonentlərin qonşu nömrələrinə xəbərdarlıq edərək məlumat toplayırlar:

«Borclu olan abonentlərin siyahısını bizə göndərirlər, biz ünvanla qonşularla əlaqə saxlayırıq. Həmin abonent orda yaşayırmı, yaşayırsa borcla bağlı məlumatlandırılırlar».

109 XİDMƏTİ ƏVƏZİNƏ DOST-TANIŞ...

Gəncədəki abonentlər də danışırlar ki, sistem ödənişliyə keçəndən sonra məlumat xidmətinə daha az müraciət edirlər. Sevinc Məmmədova deyir ki, əlavə ödəniş etməmək üçün gərəkli nömrələri dost tanışdan öyrənməyə çalışır.

«Əvvəllər pensiya vaxtı 109-a zəng edib məlumat öyrənirdim. Amma pullu olandan sonra elə dost tanışdan maraqlanıram».

XS
SM
MD
LG