Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:13

İtkin tələbələrə görə etirazlar Meksikanın paytaxtına keçir


İtkin düşən tələbələrin şəkilləri

İtkin düşən tələbələrin şəkilləri

Meksikada itkin düşmüş tələbələrə görə on minlərlə adam etirazlara çıxıb. Onlar hakimiyyətdən 43 kollec tələbəsinin tapılmasını, eləcə də prezident Enrique Pena Nieto-nun istefasını tələb edirlər.

Etirazlar noyabrın 20-də keçirilib. Həmin gün Meksikadakı 1910-1917-ci il il inqilabının ildönümü də qeyd olunur. Ancaq hakimiyyət ənənəvi paradı ləğv edib. Meksikanın qırmızı və yaşıl rəngli bayrağı əvəzinə etirazçılar qara rəngli matəm bayrağı götürüblər.

Həmin 43 tələbəyə sonuncu dəfə Querrero ştatında polisin hücumuna məruz qalıb. Ancaq nümayişçilər təkcə onların itkin düşməsinə deyil, korrupsiya və mütəşəkkil cinayətkarlıqla çuğlanmış ölkədə minlərlə digər itkinlərə görə qəzəblidirlər.

20 noyabr etirazı əsasən dinc keçib. Əvvəlki etirazlarda hökumət binalarına od vurulmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG