Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:53

-

Ukraynalılar noyabrın 21-də yeni milli bayramı qeyd edirlər. Bir il öncə bu gün başlamış Avromaydan hərəkatı Kremlyönlü prezident Viktor Yanukovych-in devrilməsinə səbəb olub.

Prezident Petro Poroshenko noyabrın 13-də imzaladığı fərmanla bu günü «Şərəf və Azadlıq Günü» elan edib.

2013-cü il noyabrın 21-də bir qrup narazı Kiyevin mərkəzində toplaşdı. Yanukovych-in Rusiya ilə yaxın münasibətlərə görə Avropa Birliyi ilə sazişi imzalamamağı onları qəzəbləndirmişdi.

Sonradan on minlərlə etirazçı nümayişlərə qoşuldu. Polis kütləni dəyənək və gözyaşardıcı qazla dağıtmağa çalışsa da, nail olmadı.

Bu ilin fevralında Yanukovych istefa verməli oldu. Ancaq polislə toqquşmalar zamanı Maydanda 100-dən çox adam həlak oldu.

Günün bütün mövzuları

XS
SM
MD
LG