Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:01

XİN Ermənistanın təlimləri barədə bəyanat yaydı


Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimləri

Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimləri

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi noyabrın 20-də yaydığı bəyanatda Ermənistanın işğal olunmuş ərazilərdə başladığı hərbi təlimləri pisləyib.

Bəyanatda deyilir ki, noyabrın 6-da Ermənistan silahlı qüvvələrinin 47.000 nəfərə qədər şəxsi heyət və üç mindən artıq döyüş texnikasının iştirakı ilə Azərbaycanın işğal edilmiş ərazilərində genişmiqyaslı təxribatçı hərbi təlimlərin keçirilməsinə başlanıb.

“Ermənistan hərbi hava qüvvələri də Azərbaycan silahlı qüvvələrinin müdafiə mövqeləri üzərində təxribatçı və təhdidedici döyüş uçuşları həyata keçiriblər”.

XİN noyabrın 12-də Ermənistanın 2 ədəd iki ədəd “Mi-24” tipli hücum helikopterinin Azərbaycanın Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında mövqelərinə yaxınlaşdığını, hücum manevrləri həyata keçirdiyini və helikopterlərdən birinin elə bu işğal olunmuş ərazidə vurulduğunu bildirir.

“Ağır texnikadan istifadə, Azərbaycanın işğal olunmuş əraziləri üzərində davamlı uçuşlar və mövqelərimizə hücumlar Ermənistan prezidentinin rəsmi internet saytında, eləcə də Ermənistan KİV-lərində yayılan məlumat, foto və video materiallarda öz əksini tapıb”.

XİN vurğulayır ki, bu hərbi təlimlər Ermənistan və Azərbaycan Prezidentlərinin Soçi, Uels və Paris görüşlərindən dərhal sonra təşkil edilib. “Hər üç görüşdə özünü biruzə verən müsbət meyllər davam edən sülh danışıqlarında irəliləyişə nail oluna biləcəyinə dəlalət edirdi. Azərbaycan ərazilərində Ermənistan tərəfindən hərbi təlimlərin keçirilməsi bu danışıqların ruhuna və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səylərinə qəti şəkildə uyğun olmayaraq, eləcə də Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması üçün siyasi yol ilə həllin tapılması məqsədilə etimad quruculuğuna xələl gətirir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG