Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:26

Obama immiqrantları deportasiyadan qoruyan sərəncam imzalayacaq


 Barack Obama

Barack Obama

ABŞ prezidenti Barack Obama elan edib ki, ABŞ immiqrasiya sistemini dəyişəcək sərəncam imzalayacaq. Prezident respublikaçıların üstünlük təşkil etdiyi Konqresi gərəkən islahatları qəbul etməməkdə ittiham edib.

Noyabrın 20-də Ağ Evdə danışan Obama söyləyib ki, onun planı milyonlarla qanunsuz miqrantı bir yerə toplayıb deportasiya etməkdən “daha ədalətlidir”.

Obamanın planı azı beş il ABŞ-da yaşayan və Amerika vətəndaşlarının valideynlərini deportasiyadan müvəqqəti qorumağı nəzərdə tutur. Beş milyon qeyri-qanuni miqrant “kölgədən çıxıb” yoxlamadan keçməli və vergi ödəməyə başlamalıdır.

Ancaq Obama planının amnistiya olmadığını bildirir.

Bəzi respublikaçılar deyir ki, Obama bu sərəncamı ləğv etməsə, növbəti Konqresdə onun nominasiyalarını blok edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG