Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:06

NATO bildirir ki, Rusiyanın Baltik regionu üzərində hərbi iştirakını artırması əsaslandırılmayıb və mülki aviasiya üçün risk yaradır. NATO-nun baş katibi Jens Stoltenberg noyabrın 20-də Tallində deyib ki, təyyarələr tez-tez uçuş planlarını təqdim edə və ya dispetçerlərlə əlaqə yarada bilmirlər.

Stoltenberg Amari hava bazasında danışıb, deyib ki, alyans qırıcıları bu il ərzində Baltik regionunda yüz dəfədən çox pozuntu aşkarlayıblar ki, bu da 2013-cü ildən 2 dəfə çoxdur. O, aşkarlanan təyyarələrin neçəsinin Rusiyaya məxsus olduğunu açıqlamayıb.

Lakin NATO baş katibi söyləyib ki, ümumilikdə, NATO qüvvələri 2014-cü ildə Avropadakı müttəfiqlərin hava məkanını qorumaq üçün dörd yüz hava reydi keçirdiyini bildirib. Bu da ötən ildəkindən 50 faiz artıqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG