Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:47

Biden Ukraynaya qeyri-döyüş yardımını elan edəcək


Ukrayna ordusunun əsgərləri

Ukrayna ordusunun əsgərləri

Noyabrın 21-də ABŞ vitse-prezidenti Joe Biden-in ABŞ-ın Ukraynaya qeyri-döyüş xarakterli hərbi yardımını elan edəcəyi gözlənir. Biden Ukrayna prezidenti Petro Poroshenko və baş nazir Arseniy Yatsenyuk-la görüşəcək.

Bu danışıqlar Avromaydan hərəkatının birinci ildönümünə təsadüf edir.

Biden Kiyevə noyabrın 20-də axşam çatıb. ABŞ rəsmiləri müxbirlərə gizli şəkildə bildirib ki, o, Humvee zirehli nəqliyyat maşınlarının, həmçinin düşmən düşmən artilleriyasının yerini aşkarlayan radarların veriləcəyini də elan edəcək.

Rusiya noyabrın 20-də ABŞ-ı Ukrayna qüvvələrinə silah verməməyə səsləyib. Sentyabrda Vaşinqton Ukraynaya 53 milyon dollarlıq hərbi yardım ayırıb. Bu paketə artilleriya qurğularının aşkarlanması sistemləri, zirehli geyimlər, binokllar, kiçik qayıqlar və Ukrayna təhlükəsizlik və sərhəd xidmətlərinin ehtiyacları üçün ləvazimat daxil idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG