Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:14

ABŞ dövlət katibi John Kerry ötən gecə Vyanada İranın xarici işlər naziri Mohammad Zarif-lə görüşüb. İranın nüvə proqramı üzrə razılaşmanın əldə olunması üçün qoyulan son tarixə cəmi 4 gün qalır.

Kerry noyabrın 20-də Vyanada Avropa Birliyinin danışıqlarda təmsilçisi Catherine Ashton-la görüşüb.

Parisdə Fransa və Səudiyyənin xarici işlər nazirləri ilə danışıqlardan sonra Kerry deyib ki, dünya ölkələri razılaşma əldə olunması yolunda “birləşib”. Ancaq onu da əlavə edib ki, noyabrın 24-nə qoyulmuş son tarix yaxınlaşır və “biz vaxtın uzadılması barədə danışmırıq”.

Rusiya təmsilçisi Sergei Ryabkov noyabrın 20-də RİA Novosti agentliyinə bildirib ki, danışıqlar mühiti gərgindir və razılaşma əldə etmək çətin olacaq.

BMT-nin baş katibi Ban Ki-moon noyabrın 20-də tərəfləri çeviklik göstərməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG