Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:49

ABŞ Ukraynaya qeyri-döyüş xarakterli hərbi yardımını artırır


Humvee çevik hərəkət avtomaşını. (Arxiv)

Humvee çevik hərəkət avtomaşını. (Arxiv)

Yardım paketinə “Humvee” zirehli nəqliyyat maşınları və düşmən artilleriyasının yerini aşkarlayan radarlar daxildir.

Amerika Birləşmiş Ştatları “Humvee” markalı hərbi maşınlar da daxil olmaqla Ukraynaya qeyri-döyüş xarakterli hərbi yardımını artırmaq qərarına gəlib.

Vaşinqtondan verilən xəbərlərdə deyilir ki, ABŞ bu mərhələdə Ukraynaya döyüş xarakterli hərbi ləvazimat və silah verməyəcək.

Ölkənin şərqində Rusiyaya meylli separatçılara qarşı mübarizə aparan Ukraynaya Birləşmiş Ştatların hərbi köməyinin artırılacağı barədə məlumatı Kiyevə səfəri zamanı vise-prezident Joe Biden elan etməli idi.

Yardım qüvvələr balansını dəyişməyəcək

Adının çəkilməsini istəməyən rəsmilərdən biri Reuters agentliyinə bildirib ki, bu, ABŞ-ın Ukraynaya hərbi yardımının keyfiyyətcə daha yüksək mərhələyə qalxmasıdır, lakin münaqişədəki balansı əhəmiyyətli dərəcədə dəyişdirəcəyi düşünülmür.

Təhlilçilər bildirirlər ki, bu yardım heç də Ukrayna prezidenti Petro Porioshenko-nun sentyabr ayında Vaşinqtona səfəri zamanı istədiyi səviyyədə deyil.

Cənab Poroshenko ABŞ-dan döyüş xarakterli yardımın göstərilməsini xahiş etmişdi.

ABŞ-ın bir sıra konqresmenləri də Rusiyanın Ukraynanın şərqinə hərbi texnika, silah-sursat və canlı qüvvə yeritdiyi bir şəraitdə məhz belə bir yardımın göstərilməsini istəyirdilər.

Obama administrasiyasının rəsmiləri bidliriblər ki, Kiyev hazırda lazımi qədər döyüş xarakterli hərbi yardım alır və Ukraynanın istədiyi silahlar indiki şəraitdə yalnız cüzi əhəmiyyətə malik ola bilərdi.

Rəsmilər həmçinin münaqişənin həllində hələ də diplomatik çözümə ümid bağladıqlarını bildiriblər.

Obama Rusiyanı qıcıqlandırmaq istəmir

Bununla belə, ABŞ vise-prezidentinin Kiyevə təqdim etdiyi hərbi yardım paketinə “Humvee” zirehli nəqliyyat maşınları və düşmən artilleriyasının yerini aşkarlayan radarlar daxildir.

Vaşinqton göstərilən yardımın maliyyə dəyəri barədə açıqlama vermir.

Vaşinqtonun Kiyevə bundan əvvəl göstərdiyi 53 milyon dollarlıq hərbi yardım paketinə artilleriya qurğularının aşkarlanması sistemləri, can zirehləri, binokllar, kiçik qayıqlar və Ukrayna təhlükəsizlik və sərhəd xidmətlərinin ehtiyacları üçün ləvazimat daxil idi.

Prezident Barack Obama Ukraynaya göstərilən hərbi yardımın əhəmiyyətini daim vurğulasa da, bunun Rusiyanı qıcıqlandıracağı və təcavüzünü daha da artıracağı qənaətindədir.

Hərbi yardım “masanın üstündədir”

Bununla belə, Obamanın milli təhlükəsizlik müşaviri Tony Blinken bildirib ki, Ukraynaya döyüş ləvazimatı və silah-sursatın verilməsi təklifi “masanın üstündədir”.

Blinkenin bəyanatına cavab olaraq, Joe Biden-in Kiyevə gəlişi ərəfəsində Kreml Vaşinqtona Ukraynanı silahlandırmamaq barədə çağırış etmişdi.

ABŞ senatoru John McCain Ukraynaya son yardımdan razı qalmadığını bildirib və deyib ki, Kiyev döyüş silahlarına qarşı vuruşur və ona məhz bu silahlarla kömək edilməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG