Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:37

Rafiq Tağının qardaşı: "Bizə söz veriblər ki yaxın vaxtlarda..."


Rafiq Tağının qızı Qəmər Tağıyeva

Rafiq Tağının qızı Qəmər Tağıyeva

-

“Bizə vəd ediblər ki, yaxın zamanda baş prokuror Zakir Qaralovla görüşümüzü təşkil edəcəklər”.

Bunu yazıçı Rafiq Tağının qardaşı İlqar Tağı Azadlıq Radiosunun “Oxu Zalı”na deyib.

Yazıçının müəmmalı şəkildə bıçaqlanmasından üç il ötür.

İlqar Tağı deyir ki, bu üç il ərzində çoxlu materiallar toplanılsa da, istintaqda heç bir nəticə yoxdur və onların vəkilləri Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşırlar:

“Bizə həmişə deyirlər ki, hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Biz də bilmək istəyirik ki, nə işlər görülüb. Dəqiq vaxtını demədilər, amma tezliklə mütləq Zakir Qaralovla görüşəcəyimizi bildirdilər”.

İlqar Tağı Rafiq Tağının istər cinayət işi ilə bağlı, istərsə də nasir kimi yenə də gündəmdə olduğunu, 3 kitabının nəşr edildiyini və xatirəsinə həsr olunmuş saytın fəaliyyətə başladığını deyir.

Rafiq Tağı bıçaqlanandan bir neçə gün sonra – 2011-ci il noyabrın 23-də xəstəxanada dünyasını dəyişib.

Ailəsi onun ölümündə tibbi personalı ittiham edir.

Bu ilin yanvarında Respublika Prokurorluğu bildirib ki, "Rafiq Tağının qətli ilə bağlı cinayət işinin icraatı dayandırılıb, amma qatilin axtarışı davam edir".

Günün bütün mövzuları

XS
SM
MD
LG