Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:38

Rauf Mirqədirovun həbs müddəti bitdi, ancaq azadlığa buraxılmadı


Rauf Mirqədirov

Rauf Mirqədirov

-

«MTN təcridxanasında saxlanan jurnalist Rauf Mirqədirovun həbs müddəti başa çatdığından o, dərhal azadlığa buraxılmalıdır».

Bu haqda AzadlıqRadiosuna vəkil Fuad Ağayev bildirib. Vəkil deyir ki, Rauf Mirqədirovun həbs müddəti noyabrın 19-da başa çatıb və onun həbsinin uzadılması ilə bağlı heç bir qərar qəbul olunmayıb:

«Bir sutkadan artıqdır ki, Rauf Mirqədirov qanunsuz həbsdə saxlanır. Həbs müddəti bitdiyindən noyabrın 20-də MTN-ə, Baş Prokurorluğa məktub göndərib, qanunla onun dərhal azadlığa buraxılmalı olduğunu xatırlatdıq. Xahiş etdik ki, Rauf Mirqədirovun azadlıq hüququ təmin olunsun. Məktublarımız gündüz saatlarında ünvanına çatmışdı. Buna baxmayaraq, heç bir xəbər çıxmadı. Biz də təcridxanaya yollandıq. Təcridxananın rəhbərliyindən xahiş etdik ki, qanunvericiliyə uyğun olaraq, Rauf bəyi azad etsinlər».

Vəkil bildirir ki, təcridxana rəhbərliyi nəinki Rauf Mirqədirovun azadlıq hüququnu təmin edib, heç onunla görüşə də imkan yaradılmayıb:

«Dedik buraxmırsınız, heç olmazsa görüşdürün. Bəhanə gətirdilər ki, guya xəstədir. İndi vəziyyətdən çıxış yolu axtarırlar. Rauf bəy hazırda qanunsuz olaraq həbsdə saxlanır. Yeganə yol onun azadlığa buraxılmasıdır».

2010-cu ilin avqustundan «Ayna»-«Zerkalo» qəzetlərinin şərhçisi kimi çalışan Rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya olunub və Bakı hava limanında həbs edilib.

O, dövlətə xəyanətdə ittiham olunur. Jurnalist və vəkilləri bu ittihamları rədd edirlər.

Apreldən Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalistin həbs müddəti iyulun 15-də daha 4 ay uzadılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG