Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:24

Bakalavrlar üçün şans


Proqramlar daha çox humanitar sahələrdə ixtisaslaşan tələbələr üçün nəzərdə tutulub
Proqramlar daha çox humanitar sahələrdə ixtisaslaşan tələbələr üçün nəzərdə tutulub
Bakı Təhsil Mərkəzi azərbaycanlı bakalavrlara Amerikanın Kolumbiya və Vaşinqton universitetlərində və Macarıstanın Budapeşt şəhərində yerləşən Mərkəzi Avropa Universitetində magistr pilləsi üzrə təhsil almaq imkanı yaradır. Hər iki proqramı həyata keçirən Bakı Təhsil Mərkəzinin rəhbəri Bahar Hacızadə deyir ki, bu proqramlar daha çox humanitar sahələrdə ixtisaslaşan tələbələr üçün nəzərdə tutulub: «Mərkəzi Avropa Universitetinə hazırda 4-cü kursda oxuyanlar və bitirənlər, digər proqram üzrə isə ancaq universiteti bitirənlər müraciət edə bilərlər. Mərkəzi Avropa Universitetində müxtəlif sahələr var, iqtisadiyyat, ekoloji elmlər, siyasət, tarix, beynəlxalq əlaqələr, hüquqşünaslıq və digər ixtisaslar var. Digər proqram isə sosial elmlər sahəsindədir».

Hər iki proqram üzrə imtahan 3 mərhələdə keçirilir. İlkin mərhələ sənədlərin qəbuludur. Sənədlər noyabrın 1-dək mərkəzə təqdim olunmalıdır. Bu mərhələdən uğurla keçənlər daha sonra yazılı və şifahi imtahan verəcəklər.


Bahar Hacızadənin sözlərinə görə, Amerikanın Kolumbiya və Vaşinqton universitetlərinə iki nəfər bakalavrın qəbul olmaq şansı var və onların nəinki təhsil, həm də orada yaşamaq xərclərini də SOROS Fondu ödəyəcək. Mərkəzi Avropa Universitetinə isə qəbulla bağlı məhdudiyyət yoxdur, sadəcə ödənişsiz təhsil hüququ əldə etmək üçün imtahanda maksimum bal toplamaq lazımdır.


Rəssamlıqda özünü sınamaq istəyənlər üçün


Özünü rəssamlıq sahəsində sınamaq istəyənlər “Almaniya qara, qırmızı və qızılı rənglərdə bir rəssamın gözü ilə” mövzusunda keçirilən rəsm müsabiqəsində iştirak edə bilərlər. Müsabiqəni Almaniyanın Azərbaycandakı səfirliyi, “Qız qalası” rəsm qalereyası, Rəssamlıq Akademiyası və Almaniya-Azərbaycan İqtisadi Yardım İttifaqı təşkil edib. Müsabiqəyə qatılmaq istəyənlər mövzunu seçməkdə sərbəstdirlər, amma rəsmlər kətan üzərində və yalnız qara, qırmızı və qızılı rənglərdən istifadə olunmaqla çəkilməlidir. Tabloları səfirliyə oktyabrın 31-dək göndərmək lazımdır. Müsabiqədə iki əsər seçiləcək və Almaniyaya səfər edəcək qalibləri orada yaradıcılıq proqramı və təcrübə mübadiləsi gözləyir. Müsabiqənin digər iştirakçıları da əliboş qalmayacaq, onlara rəssamlığa dair kitab veriləcək.


ƏTRAFLI DİNLƏYİN


XS
SM
MD
LG