Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:58

Qırğızıstanda qız qaçırtmağa görə bir gündə 11 nəfər tutulub


Bişkekdə qız qaçırmalara etiraz aksiyası
Bişkekdə qız qaçırmalara etiraz aksiyası

Qırğızıstanda qız qaçırtmağa görə 11 nəfər tutulub.Bişkek polisi noyabrın 20-də bildirib ki, 40 yaşlı qadının şikayəti əsasında 6 nəfər həbs olunub. Onlar həmin qadının bacısını qaçırdıblar.

Tokmok şəhərində isə 5 nəfər həbs olunub. Onlar 18 yaşlı qızı qaçırıblar.

Qırğızstanda qız qaçırıb, evlənmə ənənəsi qalır və qaçırılan qızların ailələri nadir hallarda şikayət verdiklərinə görə, qız qaçıranlar nadir hallarda tutulur.

Insan haqları fəallarının məlumatına görə, Qırğızstanda hər il 12 min qız qaçırılır və zorla ərə getməyə məcbur edilir.

2012-ci ildə hökumət bu yolla evlənmə ənənəsi əleyhinə kampaniyaya başladı. Qız qaçıranları 10 ilədək həbs cəzası gözləyir.

XS
SM
MD
LG