Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:12

Müdafiə nazirliyi Minsk qrupunun bəyanatından təəssüf bildirib


Azərbaycanın Müdafiə Nazirliyi ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatındən təəssüf bildirib.

Bəyanatda qeyd olunur ki, qoşunların təmas xəttində heç bir neytral ərazi yoxdur və ola da bilməz: “Ermənistanın işğal etdiyi ərazilərbeynəlxalq aləm tərəfindən tanınmış Azərbaycan əraziləridir. Hazırda bu ərazidə heç bir dinc sakin və ya mülki şəxs yoxdur ki, onların çıxarılması üçün hər hansı bir dəhliz açılsın.

Ərazidə atəşin dayandırılması və həmin ərazilərin minalardan təmizlənməsi fikirləri isə tamamilə əsassızdır və erməni tərəfinin maraqlarına xidmət edir.

Bu, yalnız bir halda - Ermənistan ordusu işğal etdiyi ərazilərdən tamamilə və heç bir şətrsiz çıxarıldıqdan sonra mümkün ola bilər”-deyə bəyanatda bildirilir.

Bəyanatda daha sonra bildirilir ki, Ermənistan tərəfi daima qəsdən bu ərazidə təxribatlar törətməklə məsələni qeyri-obyektiv formada təqdim etməyə çalışır və bu münaqişənin həlli ilə məşğul olan beynəlxalq qurumları da öz mövqeyindən çıxış etməyə təhrik edir.

ATƏT-in Minsk Qrupunun həmsədrləri ibundan əvvəlbəyanat yayaraq vertolyotun vurulduğu əraziyə girişin olmamasından narahatlıq bildirib.

Həmsədrlər tərəfləri vertolyotun düşdüyü neytral ərazidə atəş açmamağa və həmin ərazinin minalardan təmizlənməsinə şərait yaratmağa çağırıblar.

Qeyd edık ki, Ermənistan ordusuna məxsus hərbi vertolyot noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərini pozmağa çəhd göstərərkən Azərbaycan hərbçiləri tərəfindən vurulub.

Vertolyotda 3 pilot olduğu və onların öldüyü təxmin edilir.

XS
SM
MD
LG