Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:46

Azərbaycan əhalisi əliaçıqlıqda dünyada 87-cidir


Dünyada əhalisi ən əliaçıq ölkələr ABŞ və Myanmardır. Onlar öz əhalilərinin əliəaçıqlığına və xeyriyyəçiliyinə görə, maksimal qiymətin 64 faizini toplayıblar.

Charities Aid Foundation təşkilatının hazırladığı hesabata görə, əhalisinin aliaçıqlığına görə Azərbaycan dünyada 87-ci yerdədir.Azərbaycan mümkün maksimum balın27 faizini yığıb.

Əliaçıqlıq indeksi 3 əsas göstərici əsasında müəyyən olunur: qərib adama kömək, xeyriyyəyə verilən pul və könüllü kimi işləməyə ayrılan vaxt.

Myanmar xeyriyyəyə verilən pul göstəricisində dünyada liderdir və maksimal balın 91 faizini yığıb.

Qəribə kömək məsələsində isə ABŞ liderdir – 79 faiz.

Qərib adama köməkdə Azərbaycana dünyada 92-ci yer verilib və Azərbaycan maksimal balın 41 faizini toplayıb. Xeyriyyəyə pul vermədə Azərbaycan 101-ci yerdıdir və maksimal qiymətin 14 faizini qazanıb.

Könüllü kimi işləmədə isə Azərbaycan 14-cü yerdədir və maksimal balın 25 faizini toplayıb.

Əliaçıqlıq İndeksi siyahısında 135 ölkə və ərazi var.

O da qeyd olunmalıdır ki, Dağlıq Qarabağ regionu da bu siyahıda yer alıb. Dağlıq Qarabağ öz yerli əhalisinin aliaçıqlığına görə 103-cü yerdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG