Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:43

Amnesty İnternational İntiqam Əliyevin səhhətindən narahatdır


hüquq müdafiəçisi İntiqam Əliyev

hüquq müdafiəçisi İntiqam Əliyev

-

Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin səhhətinin pisləşməsi və ona tibbi yardım göstərilməsindən imtina edilməsindən narahatdır.

Bu haqda təşkilatın yaydığı bəyanatda deyilir.

Təşkilat Azərbaycan hakimiyyətini İntiqam Əliyevi dərhal azad etməyə və ona lazımi tibbi yardım göstərməyə çağırır. Bəyanatda həmçinin İntiqam Əliyevin müdafiə hüququnun məhdudlaşdırılması ilə bağlı da narahatlıq bildirilir.

İntiqam Əliyev Bakı İstintaq Təcridxanasında saxlanılır. Onun səhhəti oktyabrın 24-də keçirilən məhkəmə prosesində pisləşmişdi. İstintaq orqanı onu müayinə üçün Onkoloji Mərkəzə aparmışdı. Onda osteoxondroz və protruziya (bel yırtığı) aşkar edilib. Buna baxmayaraq, onu kamerada saxlayaraq ambulator müalicə təyin ediblər ki, bu da nəticə vermir.

Günün bütün mövzuları

XS
SM
MD
LG