Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:30

Deputat: «İŞİD-in qabağına bəstəkar yox, əsgər çıxmalıdı»


Siyavuş Novruzov

Siyavuş Novruzov

Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi keçirilir. Layihənin müzakirəsi 3 gündür davam edir.

Parlamentdə çıxış edən Siyavuş Novruzov təhsil haqda danışıb:

«23 ildir eşidirik ki, təhsildə islahatlar gedir, biri Bolinoya gətirir, biri Kurrikulum. Amma ildən-ilə də Tələbə Qəbul Dövlət Komissiyasının imtahanlarında ballar aşağı düşür. Müəllimlərin sayı əhali nisbəti ilə götürsək, ABŞ-dakı müəllimlərdən 3 dəfə çoxdur.

Hərbi xidmətə çağrılan gənclərin əksəriyyəti ordunun tələblərinə cavab vermir. Məktəblərdə hərbi dərsləri bərpa etmək lazımdır. Sabah İŞİD gələndə bəstəkar axtarmayacaq. Onun qabağına əsgər çıxmalıdır. Heç olmasa, silahın növlərini bilsinlər. Bizdə iki ton kitab çap edirlər. Üz qabıqlarını da elə düzəldirlər, soyuq silaha oxşayır, kimin başına vursan, orda qalar, içində də bir şey yoxdur».

Siyavuş Novruzov daha sonra siyasi partiyaların maliyyələşməsi məsələsinə toxunub: «QHT-lərlə bağlı qanun qəbul elədik ki, onlar nazirliklərdən də, fərdi şəxslərədən də, reklam sifarişləri də ala bilərlər. Bəs bu siyasi partiyalar nədən sifariş alsın? Nəyi reklam etsinlər? Partiyaların maliyyə büdcəsini artırın ki, bunların da bir qırışığı açılsın».

Günün bütün mövzuları

XS
SM
MD
LG